“Real Madrid” səfərdə bərabərə qaldı

Bakı , 1 may , sporaz.tv

Çempionlar liqasının yarım-final turunda “Real Madrid” səfərdə “Bayern Münhen“lə qarşılaşıb.

Sporaz.tv xəbər verir ki , Allianz Arenada baş tutan qarşılaşma 2-2 hesabı ilə bitib. Qolları 24 və 83-cü (P) dəqiqələrdə V.Junior , 53-cü dəqiqədə L.Sane və 57-ci dəqiqədə H.Kane vurub. L.Vazquez , Kim Mİn Jae və Toni Kross sarı kart görüb.

Qeyd edək ki , cavab oyunu mayın 8-i Santiago Bernabeu stadionunda baş tutacaq.

Bahar Rüstəm