“Real Madrid”ə yeni baş məşqçi

Bakı, 9 sentyabr, Sporaz.tv

Real Madrid” ilə 2026-cı ilə qədər müqaviləsi olan Carlo Ancelotti üçün diqqəti çəkən iddia irəli sürülüb. İtaliyalı məşqçinin Səudiyyə Ərəbistanından astronomik təkliflər aldığı və təqaüdə çıxmazdan əvvəl buranı ciddi variant kimi nəzərdən keçirə biləcəyi bildirilib.

Sporaz.tv xəbər verir ki, Carlo Ancelottinin “Real Madrid”dəki son mövsümü ola biləcəyi iddia edilir.

İspan mətbuatında yer alan xəbərə görə, İtaliyalı məşqçinin arxasında Səudiyyə Ərəbistanı komandaları gəlir.

Ancelotti isə təqaüdə çıxmazdan əvvəl Səudiyyə Ərəbistanından gələn təklifləri maliyyə baxımından yaxşı variant kimi görə bilər.

Bildirilib ki, “Real Madrid”lə 2026-cı ilə qədər müqaviləsi olan Ancelottinin gedişi ehtimalı yaranarsa, bənövşəyi-ağlar “Bayer”in baş məşqçisi Xabi Alonsonun qapısını döyə bilər.

Alonsodan müsbət cavab alınmasa, Jürgen Klopp da “Real Madrid” üçün seçimdir.

Xabi Alonso həm də Arda Gülər ​​üçün daha çox oyun şansı demək ola bilər. Alonso Arda Güləri icarə əsasında “Bayer Leverkuzen”ə transfer etmək istəsə də, klub milli futbolçunu komandadan göndərmək istəməyib.

Bahar Rüstəm

Leave a Reply