”Qarabağ” -“Sabah” oyunun biletləri satışa çıxarılır

Bakı, 28 sentyabr, Sporaz.tv

Premyer Liqanın VIII turunda”Qarabağ” “Sabah” oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Sporaz.tv xəbər verir ki,Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Leave a Reply