PSG geri dönüş edəcəkmi ?

Bakı, 7 may, Sporaz.tv

UEFA Çempionlar Liqasının finalçıları müəyyənləşir. Turnirin ən mühüm yarımfinal revanşında üçüncü dəfə finalına yüksəlmək istəyən Almaniyanın “Borussia Dortmund”(B.Dortmund) komandası Fransa təmsilçisi “Paris Saint-Germain“(PSG)-nin qonağı olacaq.


Oyunla bağlı “Sporaz.tv“yə açıqlama verən idman eksperti Ağa Dadaşzadə bildirib ki, “Paris Saint-Germain”(PSG) doğma meydanda oynayacaq:

“İlk oyun “Borussia Dortmund”(B.Dortmund) Paris Saint-Germain“(PSG)-ni 1-0 hesabı ilə məğlub etdi. Amma mən “Paris Saint-Germain”(PSG)-ni finalda görürəm. “Paris Saint-Germain”(PSG)-“Barcelona”(Barselona) ilə oyunda da gözlənilməyəni etdi. Geri dönüş olacaq və düşünürəm ki, oyun penalti seriyasına gedə bilər. “Paris Saint-Germain”(PSG)-nin qələbəsinə əminəm və buna çox inanıram”.

Vüqar Alışov

Leave a Reply