“PSG” 50 milyon avroluq transferini rəsmən açıqlayıb

Bakı, 17 avqust, Sporaz.tv

Fransa nəhəngi PSG, “Rennes”dən Desire Douenin transferini rəsmən açıqlayıb. PSG, Desire Doue üçün “Rennes“ə 50 milyon avro ödəyib.

 Sporaz.tv məlumat verir ki, transfer səylərini davam etdirən “PSG”, Desire Doue ilə xoşbəxt sona çatdı. 19 yaşlı vingerin transferi rəsmiləşib.

PSG Desire Doue ilə 5 illik müqavilə imzalandığını açıqlayıb. Fransız nəhəngi, gənc vinger üçün “Rennes”ə 50 milyon avro ödəyib.

Yeni mövsümdən əvvəl Desire Doue, Joao Neves, William Pacho və Matvey Safonovu heyətinə qatan PSG, indiyədək transferlərə 170 milyon avro xərcləyib.