Portuqaliya Türkiyə matçına hazırdır

Bakı, 21 iyun, Sporaz.tv

024 Avropa Futbol Çempionatı (AVRO 2024) F qrupunun ikinci matçında Türkiyə ilə qarşılaşacaq Portuqaliya Milli Komandası, hazırlıqlarını tamamlayıb.

Sporaz.tv xəbər verir ki, baş məşqçi Roberto Martinezin rəhbərliyi altında Harsewinkel  şəhərinin  Marienfeld qəsəbəsində keçirilən məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olub.

Zədəli və cəzalı futbolçusu olmayan Portuqaliya millisi, tam heyətlə məşq edib.

Məşqin mətbuata açıq hissəsində futbolçular isinmə hərəkətləri edərək, qaçaraq 3 qrupda 5-ə qarşı 2 məşq ediblər.

Türkiyə və Portuqaliya sabah saat 20:00-da BVB Dortmund Stadionunda üz-üzə gələcək.