Paris Saint-Germain yoxsa Borussia Dortmund?

UEFA Çempionlar Liqasında yarımfinalın cavab görüşləri başlayır. Öz meydanında 1:0 hesabı ilə qalib gələn Dortmund “Borussiya”sı bu gün səfərdə Paris Saint German (PSG) ilə qarşılaşacaq. Maraqlı qarşılaşma saat 22.00-da başlayacaq.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. “Signal İduna Park”da keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Dortmund “Borussiya”sı səfərdə Paris Saint-Germain (PSG) ilə qarşılaşacaq. Maraqlı qarşılaşma saat 22.00-da başlayacaq.

“Borussiya Dortmund” 1:0 hesablı üstünlüklə “Park de Prince”ə yollanacaq. Almaniya komandası son 16 turda PSV Eyndhovenə, 1/4 finalda isə Atletiko Madridə qalib gəlib. Edin Terziçin yetirmələri bu mövsüm Çempionlar Liqasında cəmi 9 qol buraxıb.

Bu iki komanda qrup mərhələsində də üz-üzə gəlib. Fransada keçirilən görüşdə Paris komandası 2:0 hesabı ilə qalib gəldiyi halda, Almaniyada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Vüqar Alışov