“Panathinaikos”la müqavilə imzalayan Cedi Osmandan ilk açıqlama

Bakı, 9 sentyabr, Sporaz.tv

San Antonio Spurs“dən ayrılan Cedi Osman Ergin Atamanın çalışdırdığı “Panathinaikos“(Panatinaikos)-la 1 illik müqavilə imzalayıb. 29 yaşlı basketbolçu, Yunanıstan komandasına qoşulduqdan sonra ilk hisslərini bölüşüb.

Sporaz.tv məlumat verir ki, Cedi Osman yenidən Avropa basketbolunda meydana çıxacaq. “Panatinaikos”la 1 illik müqavilə imzalayan Cedi Osman açıqlamalar verib.

Cedi Osman açıqlamasında: “Panathinaikos mənim üçün asan seçim oldu. Çox gənc yaşlarımda belə məşqçim olan Panathinaikos və Ergin Atamanı uzun illərdir tanıyıram. “Panathinaikos”-un oyunçusu olduğum üçün xoşbəxtəm. Hələ komandadakı rolumla bağlı Ergin Hoca ilə danışmağa daha çox vaxtımız olacaq.”- dedi.

Cedi Osman da: “Panathinaikos ilə arxa-arxaya çempionluqlar istəyirəm. Əla komandamız var. Avroliqa çətindi, amma biz ən yaxşı komandayıq və çempionluq üçün oynayacağıq. Həmişə Avroliqanı izləyirdim və darıxırdım. Yenidən meydançaya çıxmaq üçün səbirsizlənirəm”.- deyə bildirib.