Fenerbahçe Beko-nun hədəfi Final Four-dur

Bakı,7 may,Sporaz.tv

Türkiyə təmsilçisi “Fenerbahçe Beko”(Fənərbaxça Beko) THY Avropa Liqasının pley-off 1/4 final mərhələsinin 5-ci və son oyununda sabah səfərdə Fransanın “Monako” komandası ilə qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, Salle Gaston Medecin stadionunda oynanılacaq qarşılaşma GMT vaxtı ilə saat 20.00-da başlayacaq.

Sarı-göylülər 1/4 final mərhələsinin ilk oyununda rəqibini səfərdə 95-91 hesabı ilə məğlub edərək, seriyada 1-0 önə keçib. Monako ikinci ev matçında 93-88 qalib gələrək hesabı 1-1-ə çatdırıb.

İstanbulda keçirilən ilk matçda “Fenerbahçe Beko”(Fənərbaxça Beko) 89-78 qalib gələrək play-off 1/4 final mərhələsində 2-1 önə keçdiyi halda, digər matç Fransa təmsilçisinin 65-62 öndə olması ilə yekunlaşıb və seriya 2-2-yə çatıb.

Vüqar Alışov

Leave a Reply