Galatasaraydan Yusuf Demir qərarı

Ötən mövsümü icarə əsasında “Basel”də keçirən Yusuf Demir “Galatasaray”a qayıdıb və düşərgəyə qatılıb. “Sarı-qırmızılar”ın “LASK Linz”lə keçirdiyi yoldaşlıq oyununda effektiv oyunu ilə Okan Burukdan keçid qiyməti alan 21 yaşlı futbolçu əcnəbi sayılacağı üçün heyətdə yer almayıb. Bu mövsüm Avropada deyil, Türkiyədə bir komandaya icarəyə veriləcəyi gündəmdə olan Demir üçün Super Liqanın yeni komandasının gündəmdə olduğu iddia edilib.

“Ronald Koeman”dan Giovanni van Bronckhorst sözləri

Ronald Koeman “Beşiktaş”ın yeni baş məşqçisi Giovanni van Bronckhorstun ağ-qara komandada istədiyi sistemi quracağı təqdirdə uğur qazanacağını bildirib. Koeman daha əvvəl Türkiyədən Milli Komanda üçün təklif aldığını bildirərkən, “Bu iki komanda finala layiq olduğu üçün Hollandiya və Türkiyənin finalda qarşılaşmasını istərdim”-deyə bildirib.