Uğurcan Çakırdan transfer cavabı

“Trabzonspor”un kapitanı Uğurcan Çakır, “Ruzomberok” matçına hazır olduqlarını və turu qələbə ilə keçmək istədiklərini bildirib. Təcrübəli futbolçu transfer durumu ilə bağlı: “Təklif gəlsə, dəyərləndirəcəyik. Gedib-getməmək çox önəmli deyil. Bütün fikrimi işimə kökləmişəm və edəcəm” -deyə o, açıqlama verib.

Jose Mourinhonun qərarından sonra “Cengiz Ünder” üçün zəng

Transferin böyük hissəsini tamamlayan “Fenerbahçe”(Fənərbaxça)nin gözü, gedəcək futbolçulara çevrildi. Bu adlardan biri olacağı gözlənilən Cengiz Ünderə “klub tapın” çağırışının edildiyi iddia edilib. Beləliklə, En-Nesyri əvvəli Fənərbaxçanın ən bahalı transferi olan Cengiz Ünderin sarı-göylü komanda ilə macərası yalnız 1 mövsümlə məhdudlaşa bilər.

Ralli pilotu Kerem Kazaz, Latviya rallisini ikinci yerdə başa vurub

Türkiyə Avtomobil İdmanları Federasiyasından verilən açıqlamada WRC3 kateqoriyasında yarışan 18 yaşlı Kərəmin komanda yoldaşı Korentin Silvestre ilə 4 gün davam edən yarışda 300 kilometrlik trası ikinci sırada tamamladığı bildirilib.

Qeyd olunub ki, Latviyada keçirilən WRC Masters Cup yarışında sükan arxasında olan Uğur Soylu və Şener Güray dueti üçüncü olub.