Beşiktaşın transfer gündəmində olan futbolçunun karyerası

Argentinalı cinah oyunçusunun “Beşiktaş”ın gündəmində olduğu iddia edilib. “Atletico Madrid”də çıxış edən futbolçunun komandası ilə 2026-cı il iyunun 30-na kimi müqaviləsi var. 14-15 mövsümündə Sal Lorenzo klubundan İspaniyaya transfer olunan futbolçu performansı ilə bəyənilib. Futbolçu Argentina millisinin heyətində 25 oyunda iştirak edib. Effektiv sağ ayağı və bitirmə bacarığı ilə tanınan futbolçu La Liqa və Çempionlar Liqasındakı performansı ilə diqqət çəkib. Bəs Anxel Korrea kimdir, hansı komandalarda çıxış edib?

Ernest Muçi karyera hədəfini açıqlayıb

“Beşiktaş”ın gənc futbolçusu Ernest Muçi karyerası hədəflərindən danışıb. Ernest Muçi açıqlamasında: “Ən böyük məqsədim Premyer Liqa və Çempionlar Liqasında oynamaqdır. Bu, fərdi məqsəddir, bunlar baş verməmişdən əvvəl mənə böyük sərmayə qoyan klubum və məni qucaqlayan azarkeşlərim üçün əlimdən gələni edəcəyəm”-dedi.