Ralli pilotu Kerem Kazaz, Latviya rallisini ikinci yerdə başa vurub

Türkiyə Avtomobil İdmanları Federasiyasından verilən açıqlamada WRC3 kateqoriyasında yarışan 18 yaşlı Kərəmin komanda yoldaşı Korentin Silvestre ilə 4 gün davam edən yarışda 300 kilometrlik trası ikinci sırada tamamladığı bildirilib.

Qeyd olunub ki, Latviyada keçirilən WRC Masters Cup yarışında sükan arxasında olan Uğur Soylu və Şener Güray dueti üçüncü olub.