Müdafiə sənətinin əfsanəsi – Sergio Ramos

Bakı, 25 avqust, Sporaz.tv

Futbolda matçın taleyində hücumçular qədər, müdafiəçilər də önəmli rol oynayır. Amma elə müdafiəçilər var ki, stili tam bir incəsənəti xatırladır.


Əziz sporaz.tv izləyiciləri, bu gün haqqında danışacağımız futbolçusu, “Real Madrid“in əfsanəvi müdafiəçisi Sergio Ramosdur.


Ramos 30 mart 1986-cı ildə Sevilya da dünyaya gəlib. Futbola “Camas” da başlayıb. Daha sonra “Sevilla“nın B komandasında çıxış edib. 2004-cü ildə əsas komandaya yüksəlib. İspaniya nəhəngi “Real Madrid” 2005-ci ildə rənglərinə bağlamağı bacarıb. 16 il kral klubunda çıxış edən Ramos, 2021-ci ildə İspaniyadan ayrılıb. Fransa nəhəngi “PSG“də 2 sezondan sonra, professional karyerasına başladığı “Sevilla”ya qayıdıb.


“Sevilla”dakı imza mərasimində gözləri dolan Ramos duyğularını belə ifadə etdi:

“Ölmədən əvvəl, Sevilya ilə nəsə qazanmaq istəyirəm, duyğusallaşdığım üçün üzr istəyirəm, amma bu gün mənim üçün çox xüsusi gündür. 18 ildən sonra başladığım yerdəyəm. Belə xoşbəxt son hərkəsə nəsib olmur”.


Ramos indiyə qədər 5 la liga, 2 kral kuboku, 4 ispaniya super kuboku, 4 çempionlar liqası kuboku, 3 UEFA Super Kuboku, 4 FiFA Klublararası Dünya Kuboku, 2 liqa 1 kuboku, Çempionlar kuboku, FİFA Dünya Kuboku, 2 Avropa Çempionatı kuboku qazanıb.


Bəs siz Ramos haqqında nə düşünürsünüz? Rəylərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın.

Bahar Rüstəm