Bakı, 11 noyabr, Sporaz.tv
Futbol üzrə Azərbaycan millisinin üzvləri – Mahir Emreli, Toral Bayramov və Bəhlul Mustafazadə azarkeşlərlə görüşəcək.
Sporaz.tv xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüş Estoniya ilə Millətlər Liqasının oyunu ərəfəsində Qəbələ şəhərində baş tutacaq. Fufbolçular görüş zamanı azarkeşlərə avtoqraf verəcəklər.
Qeyd edək ki, görüş noyabrın 12-də, saat 16:30-da “Gabala Garden Hotel”də olacaq.