Millimizin oyun təqvimi açıqlanıb

Bakı, 7 iyun, Sporaz.tv

Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində iştirak edəcək Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol üzrə millilərinin oyun təqvimi açıqlanıb.

Sporaz.tv “Report” -a istinadən xəbər verir ki, turnirdə mübarizəyə ilk olaraq kişi basketbolçularımız start verəcək.

Komandamızın ilk olaraq Ermənistan millisi ilə qarşılaşacaq. Qadınlardan ibarət yığmanın ilk sınağı isə Malta seçməsinə qarşı olacaq.

Qeyd edək ki, təsnifat mərhələsi iyunun 8-dən 9-dək davam edəcək.

Oyunların təqvimini təqdim edirik:

8 iyun

11:30. Ermənistan – Azərbaycan (kişilər)
16:10. Azərbaycan – Kosova (kişilərə)
17:50. Azərbaycan – Malta (qadınlar)
19:40. Kipr – Azərbaycan (kişilər)
23:20. Azərbaycan – Lüksemburq (qadınlar)
23:45. Azərbaycan – Albaniya (kişilər)