Millimiz Qazaxıstana qalib gəlib

Bakı, 11 iyun, Sporaz.tv

Futbol üzrə Azərbaycan millisi, Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirib.

Sporaz.tv xəbər verir ki, qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılıb.

“Haladaş” İdman Kompleksinin stadionunda reallaşan görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millinin heyətində qolları Mahir Emreli, Emin Mahmudov və Toral Bayramov vurublar. Rəqibin heyətində isə Yan Voroqovski və Maksim Samorodov fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.