Memik Yılmaz’dan dəstək çağrısı

Bakı,15 may, Sporaz.tv

Yılmaz verdiyi yazılı açıqlamada Yukatel Adana Dəmirspor qarşısında mühüm qələbə qazandıqlarını bildirib.

Sporaz.tv xəbər verir ki,  Yılmaz verdiyi yazılı açıqlamada Yukatel Adana Dəmirspor qarşısında mühüm qələbə qazandıqlarını bildirib.

Liqada qalmaq yolunda son 3 matçı final olaraq gördüklərini və meydana şüurlu şəkildə çıxdıqlarını izah edən Yılmaz sözlərini belə davam etdirdi:

“Son üç həftəyə girdiyimiz üçün hər üç matçımızı bir-bir dəyərləndirərək finala çıxdığımızı bilirik. Bunun ilk addımını “Adana DEmirspor”a qarşı atmağı bacardıq. Çox güclü rəqibə qarşı çox güclü olmasına baxmayaraq. çətin hava şəraitində futbolçularımız böyük birlik nümayiş etdirərək meydandan 6-1 hesabı ilə layiqincə qalib gəldilər”. Qələbəyə görə böyük azarkeşlərimizə, texniki heyətimizə və futbolçularımıza təşəkkür edirəm”.

– “7-dən 70-ə kimi hər kəsi stadiona salamlayırıq”

Yılmaz liqanın 37-ci həftəsində evdə Fatih Karagümrükü qəbul edəcəklərini xatırladıb və matçda azarkeşlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Vüqar ALIŞOV