“Manchester United”dən ilk gedişi rəsmən açıqladı

Bakı, 14 may, Sporaz.tv

Manchester UnitedRafael Varanın mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Sporaz.tv xəbər verir ki , İngiltərə Premyer Liqa komandalarından olan “Manchester United” Rafael Varanla yollarını ayırmaq qərarına gəlib.

Klubun yaydığı paylaşımda müqaviləsi mövsümün sonunda bitəcək Varanla yeni müqavilə imzalanmayacağı bildirilib.

2021-ci ildə “Real Madrid“dən “Manchester United”ə keçən 31 yaşlı müdafiəçi 3 mövsümdür ki, Premyer Liqa komandasında çıxış edir.
2021-ci ildə “Manchester United”ə keçən Rafael Varan zədə səbəbindən bir çox matçlarda meydana çıxa bilməyib.

İngiltərə yığmasında 93 oyuna çıxan təcrübəli futbolçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Varan “Manchester United”lə İngiltərə Liqa Kubokunu qazanıb.

Manchester United’ın paylaşımı:

Bahar Rüstəm