Manchester klub tarixinin növbəti antirekordu qeydə alınıb

Bakı,7 may,Sporaz.tv

İngiltərənin “Manchester United“(Mançester Yunayted) klubu tarixinin antirekordunu təkrarlayıb.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, Manchester təmsilçisi Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”a 0:4 hesabı ilə uduzub.Bu, komandanın cari mövsümdə 13-cü məğlubiyyəti olub. Sözügedən nəticə klub tarixinin növbəti antirekordu kimi qeydə alınıb.Premyer Liqa təmsilçisi həmçinin cari mövsüm qapısından ümumilikdə 81 qol buraxıb. Bu, mankunianların 1977-ci ildəki antirekordunun təkrarı olub. Həmin dönəmdə də komanda qapısından 81 qol buraxmışdı.Qeyd edək ki, “Manchester United”(Mançester Yunayted) hazırda 54 xalla Premyer Liqanın turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Mənbə:Report