Məşhur basketbolçu karyerasını bitimək qərarına gəlib

Bakı, 26 sentyabr, Sporaz.tv

Sonuncu dəfə NBA-da “Memphis Grizzlies ”də çıxış edən amerikalı basketbolçu Derrick Rose, 35 yaşında karyerasını bitirmək qərarına gəlib.

Sporaz.tv xəbər verir ki, NBA-da bir çox komandada forma geyinən və zaman zaman zədələrlə mübarizə aparan amerikalı basketbolçu Derrick Rose basketbolu tərk edib.

Rous bu qərarını sosial media hesabı ilə açıqlayıb.

35 yaşlı basketbolçu,  New York Knicks, Cleveland Cavaliers, Minnesota Timberwolves, Detroit Pistons, New York Knicks və son olaraq Memphis Grizzlies formasını geyinib.

NBA-da cəmi 723 matçda iştirak edən amerikalı oyunçu, orta hesabla 17,4 xal, 5,2 məhsuldar ötürmə və 3,2 ribaundla çıxış edib.

Derrick Rose, 2008-2009 mövsümündə NBA-da ilin yeni oyunçusu olmaqla yanaşı, 2010-2011 mövsümündə də adi mövsümün MVP (Ən dəyərli oyunçu)-si seçilib.

Məşhur basketbolçu, üç dəfə All-Star heyətində yer alıb. Rous, 2010 və 2014-cü illərdə ABŞ Milli Komandası ilə FİBA Dünya Kubokunun qalibi olub.

Leave a Reply