Bakı, 4 iyul, Sporaz.tv
Argentina millisinin futbolçusu Lionel Messi Amerika Kubokunda Ekvadora qarşı keçiriləcək oyunu buraxa bilər.
Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Lionel Scaloni bildirib. Onun sözlərinə görə, ulduz oyunçu əzələ zədəsini sağalda bilsə də, 1/4 finalda meydana çıxmaq şansı sual altındadır.
Mütəxəssis son qərarı L. Messi ilə danışdıqdan sonra verəcəyini bildirib.
Qeyd edək ki, Argentina-Ekvador oyunu iyulun 5-də baş tutacaq.