Leo Dubois üçün transfer bəyanatı

Bakı, 5 sentyabr, Sporaz.tv

Trendyol Super Liqa komandalarından olan “Eyüpspor“un vitse-prezidenti Fatih KulaksızGalatasaray“dan ayrılan Leo Dubois ilə prinsipial razılaşdıqlarını bildirib.

Sporaz.tv xəbər verir ki, “Eyüpspor” Leo Duboisi heyətinə qatmağa hazırlaşır.

TRT Spora danışan “Eyüpspor” vitse-prezidenti Fatih Kulaksız təcrübəli sağ cinah müdafiəçisi ilə prinsipial razılığa gəldiklərini deyib. Fatih Kulaksız: “Leo Dubois ilə prinsipcə razılaşdıq. Sabah (bu gün) imza atacağıq”-dedi.

Ötən mövsümü Super Liqanın digər komandası “Başakşehir”də tamamlayan Leo Dubois, mövsüm bitdikdən sonra “Galatasaray”a qayıdıb. Duboisin “sarı-qırmızılı” komanda ilə müqaviləsi ötən həftə ləğv edilib. Fransız sağ cinah müdafiəçisi 2018-ci ildə “Lion”dan “Galatasaray”a transfer olunub.

Bahar Rüstəm