“Kəpəz” oyuna itkilərlə çıxacaq

Bakı,26 may,Sporaz.tv

Kəpəz” Misli Premyer Liqasnının 36-cı turu çərçivəsində “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq.

Sporaz.tv məlumat verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Şakir Seyidov, Junior Martins, Vüsal Məsimov və Elmir Tağıyev cəzalıdır. Giorgi Papunashvilinin müalicəsi davam edir. Olawale Onanuga isə xəstə olduğundan matçı buraxacaq.

Qeyd edək ki, sözügedən oyun bu gün keçiriləcək və saat 17:00-da başlayacaq.