Konfrans Liqasında yarımfinal həyəcanı

Bakı, 1 may, Sporaz.tv

Sabah UEFA Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Sporaz.tv  xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində üçüncü təşkilatı çərçivəsində saat 22.00-da başlayacaq qarşılaşmalarda Aston Villa (İngiltərə) “Olimpiakos” (Yunanıstan), “Fiorentina” (İtaliya) isə “Brügge” (Belçika) ilə qarşılaşacaq.

Mayın 9-da yarımfinal revanşlarının keçiriləcəyi Avropa Konfrans Liqası kubokunun qalibi mayın 29-da Yunanıstanın paytaxtı Afinadakı Ayasofya stadionunda oynanılacaq finalda müəyyənləşəcək.

Vüqar Alışov