Kayserispor sevgisi heç bir maneə tanımır

Bakı, 6 may, Sporaz.tv

2001-ci ildə Kayseridə keçirdiyi yol qəzasından sonra həyatını əlil arabasında davam etdirən 28 yaşlı Hüseyn Dəniz əlilliyinə baxmayaraq, ehtirasla bağlı olduğu Kayserispora 15 ildir tribunadan dəstək olur.

Sporaz.tv xəbər verir ki, mərkəz Melikqazi rayonunda yaşayan Dəniz 23 il əvvəl yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində ağır yaralanıb.

Onurğa sütunu zədələndiyi üçün Dəniz sol qolunu və sol ayağını hərəkət etdirmək qabiliyyətini itirib. Əlil arabasında yaşayan Dəniz müalicəsindən sonra dostlarının dəstəyi ilə 2009-cu ildə “Kayserispor”un oyununa baxmağa gedib.

O gündən tribunada gördüyü həvəslə komandasına ehtirasla bağlanan Dəniz əlil arabası ilə Türkiyənin müxtəlif şəhərlərindəki stadionlara gedərək sarı-qırmızılı komandaya dəstək olmağa başlayıb.

“Kayserispor”un oyunları günü dostlarının dəstəyi ilə stadiona gedən Dəniz onların köməyi ilə tribunalara qalxır.

Vüqar Alışov