Jose Mourinho, daha 2 adın üstündən xətt çəkdi

Bakı, 2 avqust, Sporaz.tv

Fenerbahçe (Fənərbağça)-nın baş məşqçisi Jose Mourinho, “Lill” matçı üçün heyətdə dəyişiklik etməyə hazırlaşır.

Sporaz.tv Çempionlar Liqasında “Lugano“nu mübarizədən kənarlaşdıraraq 3-cü təsnifat mərhələsinə yüksələn Fenerbahçe (Fənərbağça)-da baş məşqçi Jose Mourinho heyətdə dəyişiklik edir.

Mourinho, “Lill” matçına yeni transfer Allan Saint-Maximinə şans verəcək.

Digər tərəfdən xəbərlərdə Mourinhonun Rade Krunicin üstündən xətt çəkdiyi bildirilirdi.

Lugano matçında zəif çıxışı ilə tənqid olunan Krunicin əlavə vəziyyət olmadığı halda ehtiyat oyunçular skamyasında qalacağı bildirilirdi.

Mourinhonun Lill matçında yenidən yarımmüdafiədə İsmayıl Yüksekə formanı verəcəyi də qeyd edilib.

Fenerbahçe (Fənərbaxça), Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında 6 avqust Çərşənbə axşamı, CET vaxtı ilə 21:30-da səfərdə “Lill”lə qarşılaşacaq.