João Cancelo karyerasını Səudiyyə Ərəbistanda davam etdirə bilər

Bakı, 5 iyul , Sporaz.tv

Müqavilə əsasında İngiltərənin “Manchester City” (Mançetser Siti)” klubuna məxsus olan Portuqaliya millisinin futbolçusu Joau Kanselu karyerasını Səudiyyə Ərəbistanda davam etdirə bilər.

Sporaz.tv “Mundo Deportivo”ya istinadən məlumat verir ki, ötən mövsümü İspaniya təmsilçisi “Barcelona(Barselona)”da keçirən 30 yaşlı cinah müdafiəçisi “Alahly (Əl-Əhli)” və “Al-İttifaq (Əl-İttifaq)” klublarının marağına səbəb olub.

Qeyd edək ki,”J.Cancelo (J.Kanselu)” 2023/2024 mövsümündə “Barcelona (Barselona)”ın heyətində 42 oyun keçirib və 4 qol vurub.