İrfan Can Kahveci üçün karyera transfer imkanı

Bakı, 7 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-nin uğurlu adı İrfan Can Kahveci üçün diqqətçəkən bir transfer iddiası ortaya atılıb. İrfan Can Kahveci üçün 2 Avropa komandası fəaliyyət göstərir.

Sporaz.tv məlumat verir ki, ötən gecə “Lill” matçında “Fenerbahçe”nin yeganə qolunu vuran İrfan Can Kahveci üçün transfer iddiası gündəmə gəlib.

İrfan Can Kahvecinin “Fenerbahçe”-də qalıb-qalmayacağı bəlli deyil.

Xəbərdə İrfan Can Kahveci üçün “Monaco” və “Lazio“nun fəal olduğu bildirilib.

Bildirilib ki, iki klub son həftələrdə türkiyəli futbolçu üçün təmaslara başlayıb.

Ötən mövsüm bütün yarışlarda 46 matça çıxan İrfan Can Kahveci, 18 qol vuraraq,12 məhsuldar ötürmə edib.

2020-21 mövsümünün ara transfer dövründə Başakşehirdən 7 milyon avroya transfer olunan İrfan Can Kahveci, “Fenerbahçe” ilə müqaviləsinin son ilinə qədəm qoyub.