Bakı, 27 iyun, Sporaz.tv
İngiltərə millisinin futbolçusu Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin III turunda Sloveniya ilə oyun zamanı komanda yoldaşı Harri Keynin ünvanına nalayiq ifadələr işlədib.
Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi birinci hissənin sonlarına yaxın H.Keyninin topla olduğu vaxt onu təhqir etməyə başlayıb.
Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da qrupu 5 xalla lider bitirən İngiltərə yığması 1/8 finala yüksəlib.
Qeyd edək ki, Qaret Sautqeytin komandası 1/8 finalda Slovakiya ilə qarşılaşacaq.