İbrahimovicin oğlu Maksimilian dünya nəhəngi ilə müqavilə imzaladı

Bakı, 19 iyul, Sporaz.tv

Zlatan İbrahimovicin oğlu Maksimilian İbrahimovicMilan“la peşəkar müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, əfsanəvi futbolçu Zlatan İbrahimovicin oğlu Maksimilian İbrahimovic ilk peşəkar müqaviləsini imzalayıb.

2006-cı il təvəllüdlü Maksimilian İbrahimovic “Milan”la peşəkar müqavilə imzalayıb. Maksimilian İbrahimovic “Milan”ın C seriyasında mübarizə aparan “Milan Futuro”da çıxış edəcək.

Ötən mövsüm Gənclər Liqasında “Milan Primavera”da çıxış edən gənc sol cinah oyunçusu 29 matçda 3 qolla çıxış edib.

Bahar Rüstəm