“Hatayspor”un baş məşqçisi bəlli olub

Bakı , 3 may , Sporaz.tv

Trendyol Superliqasının 34-cü həftəsində “Başakşehir”ə 2:1 hesabı ilə uduzduğu “Hatayspor“un çalışdırıcısı Volkan Dəmirəl tutduğu vəzifədən istefa verib. Bu qərardan sonra rəhbərlik yeni məşqçisini də müəyyənləşdirib.

Sporaz.tv xəbər verir ki , “Bordo-ağlılar” rəhbərlik daha əvvəl klubda köməkçi məşqçi işləyən 39 yaşlı Özhan Pulatla anlaşıb. Pulatın komandasında Fatih Kavlak, Erman Kılıç, Barış Diken, Nuri İhsan Ərdoğan və Yakup Zühtü Birinci olacaq. “Ajansspor”a danışan Özhan Pulat, “Məqsədimiz “Hatayspor”u liqada saxlamaqdır. İnşallah, buna nail olacağıq. 39 yaşlı gənc məşqçi; O, “Eskişəhərspor”, “Bursaspor”, “Qaziantep FK”, “Hatayspor”, “Karagümrük” və “Ankaragücü”ndə köməkçi məşqçi vəzifəsində çalışıb. Özhan Pulat “Kastamonu” və “Adanaspor”da məşqçi kimi çalışıb.

Bahar Rüstəm