“Hələ heç nə bitməyib, hər şey yeni başlayır”

Bakı, 18 iyun, Sporaz.tv

Türkiyə Millisinin Gürcüstana 3:1 hesabı ilə qalib gəldiyi matçda, son qolu vuran Kerem Aktürkoğlu matçdan sonra açıqlamalar verib.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-ə möhtəşəm start verən Milli Komandanın heyətində 3-cü qolu vuran Kerem Aktürkoğlu, qələbə ilə başlamağı haqq etdiklərini bildirib.

Qarşılaşmanı dəyərləndirən milli futbolçu, “Bunu xəyal edirdik. Qələbə ilə başlamağı xəyal edirdik. Çox gözəl atmosfer olacağını və qələbəmizlə daha da yaxşı olacağını təsəvvür edirdik. Birlikdə hazırlaşırdıq. 3-4 həftə eyni fədakarlıq hazırlaşırdıq. Allaha şükür, yaxşı qələbə ilə başladıq”. -dedi.

Kerem Aktürkoğlu, sözlərinə belə davam edib:

“Belə qələbə ilə başlamağın vacibliyi digər qarşılaşmalarda üzə çıxacaq. Hər şey yeni başlayır. Bizi daha yaxşı şeylər gözləyir. Avropa çempionatına heç vaxt qələbə ilə başlamamışıq. İlklərə imza atan nəsil, yenidən cığır açıb. Ayaqlarımız yerdə qalmalıdır. Bu matç həqiqətən çətin keçdi. Hələ heç nə bitməyib, hər şey yeni başlayır”.

Kerem Aktürkoğlu Arda Gülerin vurduğu qolla bağlı da fikir bildirib : “Arda Güler ​​topu ayağına alanda, artıq, bu qoldur dedik”.