Bakı, 9 noyabr, Sporaz.tv
Lizbonun “Sporting”-ində çıxış edən Victor Gyökeres dünya nəhənglərinin radarındadır. Ada mətbuatında isveçli hücumçunun yerinə Premyer Liqa komandaları ilə yanaşı, “Bayern Münih“(Bavariya)-nın da keçdiyi bildirilib.
Sporaz.tv məlumat verir ki, “Sporting Lizbon”-un hücumçusu Victor Gyökeres, dünya nəhənglərini izləməyə davam edir.
Həm Portuqaliya Liqasında, həm də Çempionlar Liqasında əla oyun nümayiş etdirən 26 yaşlı futbolçu, bir müddət əvvəl “Bayern Münih”-nin radarına düşüb. Alman nəhənginin isveçli futbolçu ilə maraqlandığı və məlumat aldığı bildirilib.
Ada mətbuatında çıxan xəbərlərdə Gyökeresin yay transfer dövründə Portuqaliya ilə vidalaşacağı da iddia edilib. Gyökeres uğrunda digər klublar mübarizə aparır. Ulduz hücumçunu heyətinə qatmaq istəyən komandalar arasında “Manchester City“, “Arsenal”, “Liverpool” və “Chelsea” var.
Gyökeresin bu mövsümdəki çıxışı göz qamaşdırır. İsveçli hücumçu yeni mövsümdə 17 matçda 23 qol vurub, 4 məhsuldar ötürmə edib. Bu mövsüm Çempionlar Liqasında 5 dəfə qol vurmasını bayram edən Gyökeres, son “Manchester City”(Mançester Siti) matçında 3 qol vuraraq ulduza çevrilib.
“Sporting”-lə 2028-ci ilə qədər müqaviləsi olan Victor Gyökeresin müqaviləsində 100 milyon avroluq sərbəst qalma maddəsi var.