Güləşçimiz Macarıstan reytinqinin çempionu olub

Bakı,9 iyun,Sporaz.tv

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində sonuncu – 3-cü turda braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.

Sporaz.tv  “Report”a istinadən məlumat verir ki, Azərbaycan Güləş Federasiyasından bildirilib.

E.Əzizli maksimum nəticəylə reytinq turnirində çempion olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.