“Galatasaray”dan sağ cinah müdafiəçisi transferi

Bakı, 8 iyul, Sporaz.tv

Sağ cinah müdafiəçisi transferi üçün səylərini davam etdirən “Galatasaray“ın Guela Douei heyətinə qatmaq üçün “Rennes“lə danışıqlarının son mərhələsinə gəldiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki,  yeni mövsümdə heyət qurma işlərində sağ cinah transferinə üstünlük verən “Galatasaray”ın “Rennes”dən Guela Douei transfer etmək üzrə olduğu iddia edilirdi.

“Sarı-qırmızılılar” bu həftə başlayacaq Avstriya düşərgəsi üçün yeni sağ cinah müdafiəçilərinə vaxtında sahib olmağı hədəfləyirlər.

“Galatasaray”ın 10 gündür danışıqlar apardığı Doue üçün 6 milyon avroluq təklif etdiyi və bu rəqəmi qəbul etməyən “Rennes”i razı salmağa çalışdığı bildirilib.

“Sarı-qırmızılılar”ın Fransa klubu ilə 7 milyon avro qarşılığında əl sıxması gözlənilir.

“Galatasaray” ötən mövsüm 35 matçda 4 məhsuldar ötürmə edən 21 yaşlı sağ cinah müdafiəçisini investisiya olaraq görür.

Bahar Rüstəm