Fransalı futbolçunun son durumuna aydınlıq gətirilib

Bakı,6 may,Sporaz.tv

Belçika çempionatının XXXV turu çərçivəsində “Charleroi”(Şarlerua) ilə matçda baş nahiyəsindən ağır xəsarət alan “Molenbeek” klubunun fransalı futbolçusu Ceff Ren-Adelaidin durumuna aydınlıq gəlib.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, qarşılaşma zamanı başına top dəyən 26 yaşlı oyunçu 10 dəqiqə huşsuz vəziyyətdə yerdə qalıb.

O, daha sonra beyin qanaması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Aparılan müayinələrdən sonra müdafiəçinin mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, cari mövsüm “Molenbeek” klubuna transfer olunan Ceff Ren-Adelaid 27 oyunda forma geyinib və 3 qol vurub.

Mənbə:Report