Fransa Qarabağın qol silahını almaq istəyir

Bakı,24 aprel,Sporaz.tv

Fransa Liqa 1-də çıxış edən “Toulouse”(Tuluza) kollektivi Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu “Abdellah Zoubir (Abdullah Zubiri) transfer etmək istəyir.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl” klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.

Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin “Qarabağ“la müqaviləsinin müddəti yayda başa çatır.