FİFA-nın 120 illik yubileyi

Bakı,22 may,Sporaz.tv

Fransanın paytaxtı Parisdə FİFA-nın yaranmasının 120 illiyi qeyd edilib.

Sporaz.tv xəbər verir ki, FİFA 120 il əvvəl 1904-cü il mayın 21-də Parisdə Belçika, Danimarka, Fransa, İspaniya, Hollandiya, İsveç və İsveçrənin nümayəndələrinin iştirakı ilə yaradılıb. “Real Madrid” klubu yaranma prosesində İspaniyanı təmsil edib. Yeddi qurucu ölkənin nümayəndələri dünən Fransanın paytaxtında keçirilən bayram mərasimində futbol və idmanın önəmli adları ilə bir araya gəlib.

Mərasimdə çıxış edən FİFA prezidenti Canni İnfantino, “120 il əvvəl 7 üzvlə başladıq. İndi 211-ə çatdıq. 7 təsisçi ölkənin nümayəndələrinə, konfederasiyaların prezidentlərinə, FİFA-nın 211 üzvünə, FİFA-nın 211 üzvünə təşəkkür edirəm. FIFA əfsanələri və bu gözəl oyunun tarixini qeyd etmək üçün Fransa paytaxtında mənə qoşulan hər kəsə təşəkkür etmək istəyirəm.” dedi.

“Mən həmçinin FİFA dünya kuboklarını izləyən, ehtirasınızın ardınca gedən və futbolu həqiqətən unikal edən 5 milyard azarkeşə təşəkkür etmək istəyirəm. Sizsiz FİFA və futbol dünyanı birləşdirə bilməz”, – İnfantino deyib.

FİFA-nın Qlobal Futbol İnkişafı Direktoru Arsen Venger deyib: “Biz FİFA-nın 120 illiyini qeyd edirik. Bu, uzun bir səyahət oldu və 2019-cu ildən bu səfərin bir hissəsi olmaqdan çox şadam. Bu illər ərzində bu oyunun təkamülünün şahidi olduq”.

Bahar Rüstəm