Fernando Musleradan komanda yoldaşlarına jest

Bakı, 26 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın kapitanı Muslera həm həftəsonu oynanılan “Fenerbahçe“(Fənərbaxça) derbisini, həm də Avropa Liqasında “PAOK“-la qarşılaşmada qalibiyyəti qeyd etmək üçün komanda yoldaşlarını kababxanada qonaq edib.

Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının pley-off mərhələsində “Young Boys“(Yanq Boyz)-la matçda birbaşa qırmızı vərəqə alaraq komandasını tək qoyan Fernando Muslera da UEFA tərəfindən 3 oyunluq cəzalandırılıb. Bu səbəbdən uruqvaylı qolkiper “PAOK” matçında qapısını qoruya bilməyib.

Xüsusilə Kebapçı Fikoda pivə içməyə gələn sarı-qırmızılı komandanın əcnəbi futbolçuları türk yeməklərini çox sevdiklərini bildiriblər. Ulduz aktyor Victor Osimhenin türk kababları ilə tanış olduğu sevinci diqqətdən qaçmayıb.

Leave a Reply