Ferdi Kadıoğlunun transferi ilə bağlı qərar verilib

Bakı, 9 avqust, Sporaz.tv

Fenerbahçe“nin uğurlu futbolçusu Ferdi KadıoğluBrighton“un radarındadır. Digər tərəfdən transfer qərarını Ferdi Kadıoğlunun verdiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin və millinin önəmli adlarından olan Ferdi Kadıoğlu karyerasında yeni səhifə aça bilər.

Uzun müddətdir Avropa komandalarının arxasınca düşən Ferdi Kadıoğlu üçün ən ciddi cəhdləri İngiltərə Premyer Liqa təmsilçisi “Brighton” edir.

Brightonun Ferdi Kadıoğlu üçün son təklifi 35 milyon avrodur.

“Brighton”un baş məşqçisi Fabian Hürzelerin milli futbolçunu çox istədiyi barədə ətraflı məlumat verilib.

Ferdi Kadıoğlunun “Brighton”un ən önəmli transfer hədəfi olduğu vurğulanıb və futbolçunun gələcəyi ilə bağlı qərarını verdiyi bildirilib.

24 yaşlı futbolçunun “Fenerbahçe” ilə daha 2 illik müqaviləsi var. 2023-24 mövsümündə bütün yarışlarda 51 matça çıxan və 4324 dəqiqə meydanda olan Ferdi Kadıoğlu 3 qol vurub, 5 məhsuldar ötürmə edib. “Fenerbahçe” 2018-19 mövsümünün əvvəlində “NEC Nijmegen”dən Ferdi Kadıoğlunu 1,4 milyon avroya transfer edib.

Bahar Rüstəm