“Fenerbahçe”nin sabiq futbolçusu karyerasını bitirdiyini açıqlayıb

Bakı, 13 sentyabr, Sporaz.tv

Əvvəllər “Fenerbahçe“(Fənərbağça)-da çıxış edən Diego Perotti, futbol karyerasına son qoyub. Diego Perotti 36 yaşında təqaüdə çıxacağını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, bir müddət “Fenerbahçe”-də çıxış edən Diego Perotti, futbolla vidalaşmaq qərarına gəlib.

2020-2021 mövsümündə “Roma“-dan “Fenerbahçe”-yə pulsuz transfer olan ulduz, futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Perotti, İnstaqram hesabındakı paylaşımında: “Nə gözəl səyahət idi. Nə tez keçdi… Sənin üçün darıxacağam”- deyərək futbolla vidalaşıb.

Peşəkar karyerasına Argentinanın CD Moron komandasında başlayan Diego Perotti, Daha sonra “Sevilla“(Sevilya), “Boca Juniors“(Boka Xuniors), “Genoa“(Cenoa) və “Roma”-da çıxış edib. 2020-ci ildə argentinalı futbolçu, Superliqa komandalarından olan “Fenerbahçe”-yə transfer olunub.

Zədəli olduğu üçün müntəzəm olaraq sarı-göy rəngli formanı geyinə bilməyən argentinalı, “Fenerbahçe”-də cəmi 4 matça çıxıb. Karyerasını 36 yaşında başa vuran hücumameyilli futbolçu, bu matçlarda 3 dəfə toru silkələyib.

Leave a Reply