“Fenerbahçe”dən müdafiəyə sürpriz transfer

Bakı, 22 avqust, Sporaz.tv

Ferdi Kadıoğlunun ardından Rodrigo Becaonun da getmə ehtimalından sonra “Fenerbahçe” transferdə strategiyasını dəyişib. Mourinhonun istəyi ilə həm sol cinah müdafiəçisi, həm də sol mərkəz müdafiəçisi oynaya biləcək futbolçulara müraciət edən “Fenerbahçe”nin gündəmində Mario Hermoso var.

Sporaz.tv xəbər verir ki, transfer pəncərəsi yavaş-yavaş sona yaxınlaşdıqca “Fenerbahçe”nin heyət planlaması davam edir. “Sarı-göylülər” Ferdi Kadıoğlunun ardınca Becaonun ayrılması ehtimalından sonra transfer marşrutunu dəyişib.

Jose Mourinhonun istəyinə uyğun olaraq həm sol cinah müdafiəçisi, həm də sol mərkəz müdafiəçisi oynaya biləcək ad axtarışında olan “Fenerbahçe”nın “Beşiktaş”la da adı hallanan Mario Hermosonu meydana çıxardığı iddia edilib.

“Atletico Madrid”in müqavilə təklifini qəbul etməyən Hermoso sərbəst vəziyyətdədir. 29 yaşlı müdafiəçi ötən mövsüm “Atletico Madrid”in formasını geyindiyi 45 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm