“Fenerbahçe”dən Fred paylaşımı

Bakı, 11 avqust, Sporaz.tv

Lille” matçının hazırlıqlarına başlayan “Fenerbahçe” zədəsi səbəbindən bir müddətdir meydanlardan uzaq qalan Fredlə bağlı paylaşım edib.

Sporaz.tv xəbər verir ki,Trendyol Superliqasının ilk həftəsində dünən axşam “Adana Demirspor”u tək qolla məğlub edən “Fenerbahçe” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Lille”lə qarşılaşmada bütün gözlər üzərindədir.

“Sarı-göylü” komanda 13 Avqust Çərşənbə axşamı günü Ülker Stadium “Fenerbahçe” Şükrü Saracoğlu İdman Kompleksində saat 20.00-da oynayacağı “Lille” matçının hazırlıqlarına bu səhər “Fenerbahçe” Can Bartu Təsislərində məşqlə başlayıb.

Baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında məşq isinmə və koordinasiya hərəkətləri ilə başlayıb. Daha sonra meydanda güc və əsas hərəkətlərlə davam edən məşq dar sahədə qoşa qol matçları ilə yekunlaşıb.

Dünən “Adana Demirspor”la qarşılaşan matçda ilk 11-də meydana çıxan futbolçular bərpa işləri ilə günü başa vurub.

“Fenerbahçe”nin “Lugano” ilə matçında zədələnən və bir müddət meydandan uzaq qalan Fred fərdi məşqlərini davam etdirir.

“Sarı-göy” klubun sosial media hesabında braziliyalı futbolçunun qaçış fotosu paylaşılarkən, Fredin sahələrə qayıtması üçün geri sayımın başladığına dair qum saatı emojisi ilə mesaj verildi.

“Fenerbahçe” “Lille”lə matçın hazırlıqlarını 12 avqust bazar ertəsi məşqlə tamamlayacaq.

Bahar Rüstəm