“Fenerbahçe”-“Galatasaray” derbisinin vaxtı bəlli olub

Bakı, 4 sentyabr, Sporaz.tv

Türkiyə Futbol Federasiyası, Trendyol Superliqasının 5-ci və 6-cı həftələri üçün təxirə salınan 3 həftəlik qarşılaşmaların oyun cədvəlini açıqlayıb. 5-ci həftədə keçiriləcək “Trabzonspor“-“Beşiktaş” derbisi sentyabrın 15-də, 6-cı həftədə keçiriləcək “Fenerbahçe“-“Galatasaray” derbisi isə sentyabrın 21-də oynanılacaq.

Sporaz.tv xəbər verir ki, Türkiyə Futbol Federasiyası Superliqanın 5-ci və 6-cı həftələrinin təqvimini, 3-cü həftənin təxirə salınmış oyunları ilə birlikdə açıqlayıb.

Federasiyanın internet saytından edilən şərhdə, 5-ci həftədə keçiriləcək “Trabzonspor”-“Beşiktaş” derbisi 15 sentyabr bazar günü saat 20.00-da oynanılacaq.

Superliqanın 6-cı həftəsində keçiriləcək “Fenerbahçe”-“Galatasaray” derbisi 21 sentyabr şənbə günü saat 20.00-da başlayacaq.

Superliqanın 3-cü həftəsində keçirilməsi nəzərdə tutulan, lakin “Başakşehir”, “Galatasaray” və “Trabzonspor”un Avropa matçları səbəbindən təxirə salınan oyunların da tarixləri açıqlanıb.

“Galatasaray” – “Qaziantep FK” matçı sentyabrın 17-də, “Samsunspor” – “Başakşehir” matçı sentyabrın 18-də, “Trabzonspor” – “Kayserispor” matçı isə sentyabrın 19-da oynanılacaq.

Superliqanın 5-ci və 6-cı həftələrinin, o cümlədən 3-cü həftənin təxirə salınmış oyunları ilə matçların cədvəli belədir:

Bahar Rüstəm