Fenerbahçe avrokuboklarda 271-ci matçına çıxacaq

Bakı, 22 iyul, Sporaz.tv

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Lugano” ilə qarşılaşacaq, “Fenerbahçe” avrokuboklarda 271-ci matçına çıxacaq.

 Sporaz.tv məlumat verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında sabah İsveçrənin Lugano komandasını qəbul edəcək Fenerbahçe, avrokuboklarda 271-ci matçına çıxacaq. Sarı-göylülər avrokuboklarda keçirdiyi 270 matçda 107 qələbə, 55 heç-heçə və 108 məğlubiyyətlə üzləşib. Sözügedən yarışlarda 366 qol vuran “Fenerbahçe ” 384 qol buraxıb.

Fenerbahçe sabah Avropa futbolunun 1 nömrəli təşkilatında 35-ci matçına çıxacaq. Sarı-göylülər UEFA Çempionlar Liqasının seçmə mərhələsində əvvəlki 34 oyunda 12 qələbə, 11 heç-heçə və məğlubiyyətlə üzləşib. Sözügedən yarışlarda “Fenerbahçe” 48 qol vursa da, 39 qolun qarşısını ala bilməyib.

“Fenerbahçe ”nin avrokuboklardakı çıxışı belədir:

TəşkilatOGBMAY
UEFA Kuboku541810267291
UEFA Avropa Liqası8242231711980
Avropa Çempion Klublar Kuboku3394203070
UEFA Çempionlar Liqasının seçmə mərhələsi341211114839
UEFA Çempionlar Liqası40116234270
Avropa kubok Qalibləri Kuboku93151111
UEFA Avropa Konfrans Liqası181264423
ÜMUMİ27010755108366384