Bakı, 13 noyabr, Sporaz.tv
Yaponiyalı futbolçu Kazuyoshi Miura 58 yaşında futbola qayıtmaq istəyir.
Sporaz.tv xəbər verir ki, gələn il 58 yaşı tamam olacaq canlı əfsanə 40-cı peşəkar mövsümünə qayıtmağı planlaşdırır.
Yaponiyanın Kyodo xəbər agentliyi bu həftə “Kral Kazu” ləqəbli əfsanənin növbəti mövsüm dördüncü divizion komandası “Atletico Suzuka”-da oynamağı planlaşdırdığını bildirib.
Yaponiyalı hücumçu Miura, dünyanın ən yaşlı aktiv peşəkar futbolçusu hesab olunur.
57 yaşlı idmançı, 1990-cı illərdə 89 matçda 55 qol vuraraq Yaponiya Milli Komandasının ulduzu olub.
1986-cı ildə braziliyalı ulduz Pelenin məşhurlaşdırdığı komanda “Santos“-da debüt edən Miura İtaliya, Xorvatiya, Avstraliya və Portuqaliyada da peşəkar formada çıxış edib.