Dünyanın ən dəyərli 4-cü hücumçusu kimdir?

Bakı, 2 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray) “Napoli“-də çıxış edən dünya şöhrətli hücumçusu Victor Osimheni heyətinə qatmaq üçün sürpriz addım atıb. Sarı-qırmızılıların müqavilə imzalamağa yaxın olduğu nigeriyalı mərkəz hücumçusu dünyanın ən dəyərli 4-cü qolçusu olduğu iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”, “Napoli”-nin heyətdən kənar gördüyü Victor Osimheni heyətinə qatmağa çox yaxındır.

“Napoli” və Osimhenlə danışıqlarda razılığa gəldiyi iddia edilən “Galatasaray”, futbolçunu icarəyə götürəcək.

“Galatasaray” rəhbərliyinin, Osimhen üçün İtaliyaya getdiyi və bu transferi qısa müddətdə yekunlaşdıra biləcəyi bildirilib.

Nigeriyalı mərkəz hücumçusu bazar dəyəri dünyanın aparıcı hücumçuları sırasındadır.

180 milyon avro dəyərində olan Erling HaalandKylian Mbappe, dünyanın ən dəyərli 2 mərkəz hücumçusu sırasındadır. “İnter”də çıxış edən Lautaro Martinez 110 milyon avro ilə 3-cü, Osimhen isə 100 milyon avro ilə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Osimhen, “Napoli” karyerasında ümumilikdə 133 oyun keçirib. 25 yaşlı futbolçu bu matçlarda 76 qol vurub, 18 məhsuldar ötürmə edib.