Dorukhan Toköz, “Eyüpspor”da

Bakı, 28 iyun, Sporaz.tv

Superliqanın yeni komandalarından olan “Eyüpspor”, Dorukhan Toközü heyətinə qatdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Adana Demirspor“dan ayrılan Dorukhan Toközün yeni ünvanı “Eyüpspor” olub.

İstanbul komandası 28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzaladıqlarını açıqlayıb.

Klubdan edilən şərhdə, ”Eyüpspor’a xoş gəlmisiniz, Dorukhan Toköz. “Eyüpspor”umuz “Adana Demirspor”dan Dorukhan Toközlə 1 illik müqavilə imzalayıb. Dorukhan Toközə xoş gəldin deyir, bənövşəyi rəngli formada çoxlu qələbələr arzulayırıq”-deyilib.