Derbi sonrası insident

Bakı 24 sentyabr, Sporaz.tv

Serbiya Superliqasının 9-cu həftəsində “Partizan” doğma meydanda “Crvena Zvezda“ya 4:0 hesabı ilə uduzub. Dünyanın ən isti derbilərindən sayılan matçda uduzan “Partizan” azarkeşləri matçdan sonra paltardəyişmə otağına basqın ediblər. Hadisələrdə “Partizan”ın baş məşqçisi Aleksandr Stanojevic xəsarət alıb.

Sporaz.tv xəbər verir ki, Serbiyada həyatı faktiki olaraq dayandıran “Partizan”-Crvena Zvezda” derbisində hadisələr növbəti dəfə öz izini qoydu. Meydan sahibləri “Partizan”ın azarkeşləri matçda uduzduqdan sonra dəli olublar.

Ağır 4:0 hesablı məğlubiyyətdən sonra “Partizan” azarkeşləri matçın final fiti səsi ilə paltardəyişmə otağına basqın ediblər. Burada azarkeşlərin şüşələri sındırması məşqçi Aleksandr Stanojevicin zədələnməsinə səbəb olub. Stanojevicin üzündə və boynunda kəsiklər var.

Matçdan sonra açıqlama verən Stanojevic “Heç-heçə bitsəydi, gəlməzdim, amma 4-0 uduzduğumuz üçün bundan qaçmaq üçün gəldim. Əsəbi azarkeşlər pəncərəni sındırdılar, şüşə bizə gəldi və məni kəsdi, heç bir fiziki münaqişə olmadı” dedi. Stanojevic də baş verənləri utancverici adlandırıb.

Aleksandar Stanojeviçin son vəziiyəti:

Bahar Rüstəm

Leave a Reply